Ermənistanda Rusiya telekanallarının yayımı qadağan oluna bilər. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O bildirib ki, Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması məsələsinin müzakirəsinə başlamalıyıq. Simonyanımn sözlərinə görə, bu, Ermənistan-Rusiya münasibətlərinə xələl gətirir.
“Əgər dövlət telekanalları Ermənistanın daxili işlərinə qarışmağa icazə verirlərsə, o zaman İrəvan da reaksiya verməli və ən azı onların cəmiyyətimizin mənzillərinə girişini bağlamalıyıq” - deyə erməni spiker bildirib.
TAHİR