EN

"Google" "Gemini"nin təhsil sahəsində istifadəsini genişləndirməyi təklif etdi

"Google" korporasiyası "Gemini" süni intellekt sisteminə aid bir sıra yeniliklər təqdim edib. Yeniliklərin əsas məqsədi süni intellektin təhsil proseslərinə daha fəal şəkildə inteqrasiyasıdır. 

Valyuta.az xəbər verir ki, bu barədə "TechCrunch" nəşri məlumat yayıb.

Ən mühüm addımlardan biri - müəllimlər üçün "Gemini"nin pulsuz versiyasının "Google Workspace for Education" tipli bütün hesablar üçün əlçatan olmasıdır.

Bu təşəbbüs təhsil mühitində formalaşan mövcud vəziyyətə cavab olaraq təqdim olunub. Belə ki, müəllimlər tez-tez tələbələrin imtahanlarda və kurs işlərində süni intellektdən istifadə edərək qeyri-etik yollara baş vurduqlarını bildirirlər. Bundan əlavə, şagirdlər də ev tapşırıqlarını yerinə yetirmək və mürəkkəb mövzuları başa düşmək üçün getdikcə daha çox neyroşəbəkələrdən istifadə edirlər.

"Google" bu tendensiya ilə mübarizə aparmaq əvəzinə, onu məhsuldar istiqamətə yönəltməyi təklif edir. Şirkət, süni intellektin ənənəvi təhsil metodlarını əvəz etmədən, onları tamamlayan “məsuliyyətli” formalarının tətbiq olunmasının tərəfdarıdır.

Mütəxəssislər hesab edirlər ki, təqdim edilən bu yeniliklər süni intellektin təhsil müəssisələrində istifadəsi sahəsində irəliləyişə səbəb ola bilər. Yenilənmiş imkanlar müəllimlərə müasir texnologiyaları tədris planlarına daha rahat şəkildə inteqrasiya etmək imkanı verəcək.

Paşa Məmmədli

Chosen
39
12
valyuta.az

10Sources