EN

Əraqçı iraqlı həmkarı Hüseynə məktub GÖNDƏRDİ

Əraqçı bölgədəki vəziyyətlə bağlı İraqın xarici işlər nazirinə məktub göndərib.

İnterpress.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

İraqın xarici işlər naziri Hüseyn iranlı həmkarı Əraqçidən cari siyasi və regional təhlükəsizlik məsələləri ilə bağlı mesaj alıb.

Bu mesaj İranın Bağdaddakı səfiri əs-Sadiqlə görüşündə verilib.

Tərəflər ikitərəfli əlaqələrin inkişafı, müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib, aktual regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
6
46
interpress.az

10Sources