EN

Bu şəxslər Azərbaycanı tərk etməlidirlər – Rəsmi

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Oxu24.com-un   məlumatına görə, müraciətdə deyilir:

“24 mart 2020-ci ildən Azərbaycanda olan və COVID-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 31 iyul 2025-ci ilədək Azərbaycan Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər”.

Chosen
1
30
bizimshow.az

10Sources