Azərbaycanın məhşur Sədərək Ticarət Mərkəzinin icarəçiləri Texniki Təhlükəsizlik vəziyyətindən narahatdılar....
FHN və digər Dövlət Nəzarət orqanları, təftiş aparmaq zamanıdır. Hər an gec ola bilər!!
Yəqin ki, Azərbaycanımızda elə bir insan yoxdur ki, Sədərək Ticarət Mərkəzi haqqında eşitməsin. Bu Ticarət Mərkəzi Respublikamızın bütün bölgələrinə mal göndərən topdan və pərakəndə satış mərkəzidir. Ticarət mərkəzi böyük bir ərazini əhatə edir, onminlərlə mağaza, 30-40 mindən artıq sahibkar, işçi var.
Lakin 2009-cu ildən fəaliyyətə başlayan və il bə il böyüyən Ticarət Mərkəzinin problemləridə böyüyür. Belə ki, Sədərək "Mülkiyyətçiləri” Texniki Təhlükəsizlik baxımından sərmayə qoymaqdan boyun qaçırırlar. "Mülkiyyətçilər” illərdi ki, heç bir məsuliyyət daşımadan ancaq öz şəxsi mənafelərini və gəlirlərini güdürlər. Hər kəs bilir ki, ərazidə enerji təchizatı bərbad və yüklü vəziyyətdədir. Naqillər qızmaqdan hər an yanğın baş verə bilər. Elektrik təsərrüfatında avtomatlar yüklənmiş vəziyyətdə, təftiş qaydalara uyğun aparılmır, sıxılma və digər xidmətlər sadəcə monitorinqlərlə aparılır.
Yanğın Təhlükəsizliyi ilə bağlı vəziyyət çox faciəvi və yalan üzərində qurulmuş vəziyyətdədir. Qidrantlar, yanğın söndürən balonlar, su hovuzları komuikasiyaları fors-major halına cavab verməyəcəkdir. Ümüd ancaq ərazidə fəaliyyət göstərən Yanğın söndürən bölməyədir. Ancaq mövcud sayla və texnikayla yanğın olduğu halda mübarizə aparmaq sadəlövlükdür.
Ümüd qalır Allaha. Ancaq gördüyümüz odur ki, c.c. Allahda bəndələrindən üz döndərir. "Diqlas” Ticarət Mərkəzi, "EuroHome" tikinti materialları bazarı, "Sədərək" ticarət mərkəzində isə yanğın hadisələri tez-tez baş verir. Belə ki, son 8 ildə burada 9 dəfə yanğın olub. Sonuncu kinostudiya ərazisində pirotexniki vasitələrin alovlanması nəticəsində partlayışın baş verməsi isə bu bir siqnaldır. Bu gün Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən pirotexniki vasitələr Sədərək Ticarət Mərkəzinin anbarlarında saxlama qaydalarına tamamilə riayət edilmədən saxlanılır!!!
Görünən odur ki, yanğın olduqda ziyan sonda icarəçilərə dəyir. Bu problem milionlarla vəsaiti toplayan, ölkəmizin vergi siyasətində şəffav iştirak etməyən, gizli iqtisadiyyatı şahələndirən və yaşadan, "Sədərək” obyektinə sankı nə vaxt qırılar qırılar müqvəqəəti bir iş kimi baxan "mülkiyyətçinin” yırtıcı siyasətindən qaynaqlanır. 16 ilə yığılan milionların 1 ilinin 10% obyektə xərclənsəydi bu problem qalmazdır.
Bu insanları ancaq dünündürən puldur. Pul,pul,pul. Tualet pul, dayanacaq pul, Özümüzə satılan obyektlər-icarə pulu, subarendaya verdin ikiqat pul....
Yaxşı bəs çıxış yolu nədədir? Düşünürük ki, Yanğın təhlükəsizliyini təmin etməkdə. Lakin bunu edən yoxdur!! Bununla yanaşı Biz sahibkarlar obyektlərimizi sığortalaya bilmirik. Sığorta Agentlikləri yüksək riskli vəziyyəti nəzərə alaraq sığortalamaqdan imtina edirlər. XXI-əsrin süni intellekt və kosmos dövründə Azərbaycanın ən iri Ticarət Evi nə üçün gülünc vəziyyətdə olmalıdır?!
Kimlər bu işlərın arxasında dayanır!!??
p.s. Gizli iqtisadiyyatı qidalandıran, istehlak bazarına ər cür keyfiyyətsiz mal ötürə bilən, vergi sisteminə ümumiyyətlə inteqrasiya etməyən, qanunla satışı qadağan olan məhsulların anbarlaşması məkanı olan, heç bir təhlükəsizlik qaydalarına riayət etməyən Ticarət Mərkəzinin bu qaydalarla işləməsi kimə maraqlıdır?? Nə üçün bu belə olmalıdır??
Suala cavabı gözləyək!!

