EN

Trampla Mask yenə toqquşdular | VİDEO

bildirir ki, Donald Tramp sahibkarın ABŞ Konqresində baxılan xərclər haqqında qanun layihəsi ilə bağlı yeni tənqidinə özünün “Truth Social” sosial şəbəkəsində belə cavab verib.
Maraqlıdır ki, ABŞ prezidenti ardıcıl şəkildə sahibkarın tərəfdarı olduğu elektromobillərin əleyhinə çıxdığını vurğulayıb.

“İlon Mask mənim prezidentliyimə qəti şəkildə dəstək verməzdən çox əvvəl bilirdi ki, mən elektrik avtomobillərinin məcburi tətbiqinin qəti əleyhinəyəm. Bu, absurddur və bu, həmişə kampaniyamın əsas mövzularından biri olub.Elektrikli avtomobillər əladır, lakin hamını onları almağa məcbur etmək olmaz”,- ABŞ prezidenti yazıb.

Tramp həmçinin iddia edib ki, ABŞ İlon Maskın şirkətlərinə subsidiya verməyi dayandırsa, xərcləri azalda bilər.

- Artıq raket buraxılışlarına, peyklərə və ya elektrik avtomobil istehsalına ehtiyac yoxdur və ölkəmiz bir ətək pula qənaət edərdi. Bəlkə Hökumətin Səmərəliliyi departamentindən (DOGE) bunu yaxşı nəzərdən keçməsini xahiş edək? Çoxlu pula qənaət oluna bilər”,- Amerika lideri vurğulayıb.

Bundan əvvəl Trampın xərclər üzrə qanun layihəsini yenidən tənqid edən Mask öz siyasi partiyasını yaradcağı ilə hədələyib. Onun sözlərinə görə, ABŞ-nin dövlət borcunun yuxarı səviyyəsini rekord həddə daha 5 trilyon dollar artırılması planlaşdırılıb ki, bu da ölkədə heç bir real siyasi tarzalıq olmayan təkpartiyalı sistem yaradıldığının təzahürüdür.

“Xərclər barədə bu ağılsız qanun layihəsi qəbul olunarsa, ertəsi gün Amerika Partiyası yaradılacaq”,- milyarder “X” sosial şəbəkəsində paylaşım edib.

Yeri gəlmişkən, İlon Mask iyunun əvvəlində Trampla ilk mübahisəsindən sonra onu yeni partiya yaratmaqla hədələyib.

İlon Mask Ağ Evdən gedir - VİDEO
Xatırladaq ki, Tramp administrasiyasının təklif etdiyi qanun layihəsi iyunun əvvəlində biznesmen Ağ Evdəki postunu tərk etdikdən az sonra İlon Maskla ABŞ prezidenti arasında ictimai mübahisənin səbəblərindən birinə çevrilmişdi.

Sahibkar qanun layihəsinin ABŞ-yə“külli miqdarda strateji zərər”vuracağını iddia edir. Onunfikrincə, qanun milyonlarla işi yerini zərbə altına qoyacaq edəcək və ABŞ-ni“borc köləliyinə aparacaq”.

Donald Tramp isə daha əvvəl bildirmişdi ki, Maskın narazılığına səbəb onun “Tesla” şirkətinin ən çox faydalanacağı elektrik avtomobil istehsalçılarına subsidiyaların sənəddən çıxarılmasıdır.

ABŞ Konqresinin Büdcə idarəsinin hesablamalarına görə, qanun layihəsi vergiləri və xərcləri təxminən 5,3 trilyon dollar azaldacaq. Bu, artıq 2026-cı ilə qədərbüdcə kəsirini ÜDM-in 7%-nə, dövlət borcunu isə 2034-cü ilə qədər hazırkı 100%-dən 124%-ə çatdıracaq.

Sənəd Trampın 2017-ci ildə tətbiq etdiyi vergi güzəştlərinin müddətinin uzadılmasını, həmçinin yenilərinin tətbiqini, o cümlədən “çay pulu”na verginin tətbiq olunmasının ləğvini nəzərdə tutur. Vergi endirimlərinin ümumi məbləği təxminən 3,75 trilyon dollar civarında qiymətləndirilir. İtirilmiş gəlirlərin bir hissəsinin dövlət xərclərinin təxminən 1,3 trilyon dollar azaldılması hesabına kompensasiya olunması planlaşdırılır. Ən böyük ixtisarlar “Medicaid” tibbi sığorta və qida yardımı proqramlarına şamil ediləcək.

İlon Mask Ağ Evdən gedir - VİDEO
Maraqlıdır ki, Trampla ilk toqquşmadan bir qədər sonraİlon Mask ABŞ prezidenti ilə bağlı yazılarında “həddindən çox dərinə getdiyini”bildirib. Sahibkar həmçinin, İlon Mask ABŞ prezidenti Donald Trampın “X” sosial şəbəkəsində Kaliforniya qubernatoru Qevin Nyusomu Los-Ancelesdəki vəziyyətə görə üzr istəməyə çağıran yazısını öz səhifəsində paylaşaraq Amerika liderini dəstəkləyib.

Bununla belə, Maskın keçmiş silahdaşı, “NeuroVigil” şirkətinin yaradıcısı Filip Lou daha əvvəl “SpaceX” və “Tesla” şirkətlərinin sahibinin Donald Trampa zərər vurmaq üçün hər cür səy göstərəcəyini bildirmişdi.

“Bu illər ərzində İlonla çox “davam” olub. Maskıtanıdığım qədər, düşünürəm ki, o, prezidenti incitmək üçün hər şeyi edəcək. Qalmaqaldan sonra Maskın prezidentlə ictimai barışması “sırf kosmetik” hərəkət idi. Çünki İlon Mask “alçaldıldı” və onun Trampla siyasi ittifaqı bitdi”,- Filip Lou deyib.

İlon Mask, öz növbəsində, Trampın büdcə üzrə qanun layihəsinə səs verən respublikaçı konqresmenlərə də qarşı kampaniyalara sponsorluq edəcəyini açıqlayıb.

- Hətta bu, mənim Yer kürəsində etdiyim son iş olsa da belə, onlar gələn il praymerizləri uduzacaqlar”,- hazırda dünyanın ən varlı adamı vurğulayıb.


Sahil İsgəndərov

Chosen
23
25
azvision.az

10Sources