EN

"Neftçi" əcnəbi qapıçı transferini bitirdi - SON DƏQİQƏ

"Neftçi" Sessi D’Almeyda və Luis Ortisin ardınca daha bir əcnəbi transferini bitirib.

"Ağ qaralar" Kenan Piric ilə bütün detallarda anlaşıb.

30 yaşlı qolkiper ən qısa müddətdə Samir Abasovun sərəncamında olacaq.

Bosniya və Herseqovinadan olan legioner son mövsümü Türkiyənin "Antalyaspor" klubunda keçirib.

Daha əvvəl isə Kiprdə AEK-in, Yunanıstanda "Atromitos"un, Sloveniyada "Moribor"un, Belçikada "Gent"in formasını geyinib.

Bosniya və Herseqovina millisinin üzvü vətənində "Mostar", "Sloboda Tuzla" və OFK klublarında da çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
22
50
sportinfo.az

10Sources