EN

Bəstəkarlar İttifaqının yaranması günü münasibətiləkonsert

Bəstəkarlar İttifaqının yaranmasıgünü münasibətilə gənc bəstəkarların yaradıcılığına həsr olunmuş kamera musiqisi konserti olub.


Kulis.az xəbər verir ki, ABİ-nin katibi, professor Elnarə Dadaşova konsertin məhz İttifaqın yarandığı gündə keçirilməsinin rəmzi məna daşıdığını deyib.


Konsertdə İlahə Qismətin “Rəngli lövhələr”, Üzeyir Məmmədovun fleyta üçün Sonata, Elvin Quliyevin “Düymələr”– piano silsiləsindən 5 Pyes, Tural Məmmədzadənin Trio - violin, violonçel və piano üçün, Aydan Əliyevanın “Hadisələr” – nəfəsli sekstet üçün Sonatina, Tahir İbişovun “Novella” – violin və piano üçün , Tural Məmmədlinin Kompozisiya – 11/8 - piano və zərb alətləri üçün əsərləri səslənib.


Qeyd edək ki, konsertin sonunda Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə gənclərə yaradıcılıq axtarışlarında və təcrübələrində daha cəsarətli olmağı arzulayıb.

Chosen
7
35
kulis.az

10Sources