EN

Teymur Rəcəbov dünya reytinqində geriləyib

Dünya Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə üç pillə irəliləyib.
 
Hazırda 2 746 xala malik 40 yaşlı qrosmeyster 11-ci pillədə qərarlaşıb.
 
2 692 xalı olan Teymur Rəcəbov bir pillə geriləyib. O, 38-cidir.
 
Üç pillə irəliləyən Rauf Məmmədov 2 659 xalla 65-ci, 100-lüyə daxil olan Eltac Səfərli 2 630 xalla 100-cüdür.
Chosen
15
21
moderator.az

10Sources