EN

Baxçalı səhhətindən danışdı: Keçirdiyim xəstəliyə görə...

BAKI, 1 iyul. TELEQRAF

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı səhhətindən danışıb.

Teleqraf xəbər verir ki, o, səhhəti ilə bağlı yayılan iddiaların doğru olmadığını bildirib.

“Keçirdiyim xəstəliyə görə könülsüz də olsa, bir müddət fasilə verməli olduq. Buna baxmayaraq, işimizi fasiləsiz davam etdirdik. Türkiyənin və dünyanın gündəmini yaxından izlədik. Lazım olan hər vəziyyətdə öz fikirlərimizi, düşüncələrimizi əziz millətimizlə bölüşdük.

Daşıdığımız əmanət canı yalnız hikməti şübhə altına alınmayan Uca Allah alacaq.

Şükür Allaha, sağlamlığımız, gücümüz yerindədir. Üstəlik, görəcəyimiz daha çox işimiz, çatacağımız daha çox hədəfimiz, sevindirəcək daha çox dostumuz, titrədəcəyimiz daha çox düşmənimiz var”, - Baxçalı bildirib.

Chosen
23
7
teleqraf.com

9Sources