Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının 27 iyun tarixində keçirdiyi reyd nəticəsində saxlanılan azərbaycanlılardan biri - Bakir Səfərovun qətimkan tədbirinin uzadılması məsələsi ilə bağlı məhkəmə iclası keçirilir.
Bu gün yerli vaxtla saat 16:30-da daha bir saxlanılan şəxs - Əhliman Gənciyevin işi üzrə məhkəmə iclası keçiriləcək.
Sabah yerli vaxtla saat 10:30-da 26 iyun səhər saxlanılan Şahin Lalayevin qətimkan tədbirinin uzadılması ilə bağlı dinləmənin keçirilməsi gözlənilir.
Əvvəllər məhkəmə işdə adı keçən hər üç şəxsi üç gün müddətinə həbs etmişdi. (Report)