EN

Qarpız sevənlər üçün vacib XƏBƏRDARLIQ

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mövsümündən əvvəl qarpız yemək təhlükəlidir. 

News24.az xəbər verir ki, bu barədə dietoloq Elena Solomatina “Sputnik” radiosuna müsahibəsində bildirib. 

Onun sözlərinə görə, qarpızı mövsümündə – iyulun sonu və avqustda yemək məsləhətlidir. 

“Erkən yetişdirilən qarpızlara çox vaxt böyüməni sürətləndirmək üçün nitratlar vurulur. Bu maddələr orqanizmə düşdükdə zərərli maddələrə çevrilə və müxtəlif xəstəliklərə səbəb ola bilər”,-deyə o bildirib. 

Dietoloq həmçinin xəbərdarlıq edib ki, doğranmış və soyudulmadan saxlanılan qarpızlar da təhlükəlidir. Belə qarpızlarda bakteriyalar sürətlə artır və bu da zəhərlənməyə yol aça bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
30
news24.az

10Sources