EN

ABŞ-ın əhalisi 25 milyon azala bilər: Bu şəxslərin vətəndaşlığı ləğv olunacaq

Tramp Ədliyyə Departamentinə cinayət törətdiklərinə görə vətəndaşlıq almış amerikalıların vətəndaşlığını ləğv etmək üçün göstəriş verir.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilir ki, iyunun 11-də dərc olunan memorandumda departamentin hüquqşünaslarına müraciət edilir ki, əgər şəxs “qeyri-qanuni yolla, maddi faktı gizlətməklə və ya qəsdən təhrif etməklə” vətəndaşlığı əldə edibsə, həmin şəxsin ABŞ vətəndaşlığından məhrum edilməsi üçün mülki iş qaldırsın.

Proses təqribən 25 milyon ABŞ vətəndaşını hədəfləyir.

Direktiv Ədliyyə Departamentinin vəkillərinə, o cümlədən immiqrasiya blanklarında yalan danışmaq, Birləşmiş Ştatlara və ya şəxslərə qarşı maliyyə və ya səhiyyə sahəsində fırıldaqçılıq halları və ABŞ prokurorları tərəfindən göndərilən və ya hələ də davam edən cinayət ittihamları ilə bağlı denaturalizasiyaya müraciət etmək barədə daha geniş ixtiyar verir.

Chosen
31
50
publika.az

10Sources