Bakı. Trend:
BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı(FFD4) iyulun 1-də İspaniyanın Sevilya şəhərində öz işinəbaşlayıb.
Trendxəbər verir ki, hər 10ildən bir keçirilən və 164 dövlətin və 49 beynəlxalq təşkilatıniştirak etdiyi konfransda ölkəmizi Baş nazirin müavini SamirŞərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinə Azərbaycan Respublikası maliyyə nazirininbirinci müavini, İspaniya Krallığındakı səfir, Xarici İşlərNazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru,Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi,Nazirlər Kabineti, Xarici İşlər və İqtisadiyyat nazirliklərininməsul vəzifəli şəxsləri daxildir.
Konfransda, eyni zamanda COP29-un prezidenti, AzərbaycanRespublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsiiştirak edir.
İlk iş günündə konfransın prezidenti və digər seçkiliorqanlarına keçirilən seçkilərdə Azərbaycan nümayəndə heyətininrəhbəri konfransın vitse-prezidentlərdən biri olaraq seçilib.
BMT-nin İnkişaf üçün Maliyyələşdirmə Konfransı dayanıqlı inkişafməqsədlərini dəstəkləmək üçün maliyyə resurslarının, siyasətlərinvə beynəlxalq əməkdaşlığın səfərbər edilməsi və uzlaşdırılması üzrəqlobal platformadır.
İlk dəfə olaraq Avropa ölkəsində baş tutan konfransıngündəliyinə borcun idarə edilməsi və yeni islahatların təşviqi,beynəlxalq vergitutma prosesində vergidən yayınma hallarını aradanqaldırmaq üçün çərçivə və konvensiyaların təkmilləşdirilməsi, iqlimdəyişikliyi ilə inkişaf üçün maliyyələşmələr arasında qarşılıqlıinteqrasiya kimi mövzular daxildir.
Xəbər yenilənəcək