EN

"Netflix" NASA-nın kosmik missiyalarını canlı yayımlayacaq

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi – NASA video yayımlama nəhəngi "Netflix" ilə yeni tərəfdaşlıq qurduğunu açıqlayıb.

Valyuta.az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində istifadəçilər artıq raket buraxılışlarını, astronavtların kosmik yürüşlərini və müxtəlif NASA missiyalarını “Netflix” platforması üzərindən canlı izləyə biləcəklər.

“NASA” 2023-cü ildə istifadəyə verdiyi “NASA Plus” adlı rəqəmsal platformada artıq bu tip məzmunları pulsuz və reklamsız şəkildə təqdim edirdi. İndi isə bu xidmət “Netflix” istifadəçilərinə də təqdim olunacaq. Qeyd edək ki, bu əlavə xidmət üçün heç bir əlavə ödəniş tələb olunmayacaq və reklam da olmayacaq.

"NASA Plus" yayım xidmətinin “Netflix” platformasına bu yay əlavə ediləcəyi bildirilir. “NASA” nümayəndələri qeyd edirlər ki, bu addımın məqsədi kosmik tədqiqatları dünya üzrə daha geniş auditoriyaya çatdırmaq və cəmiyyətin bu sahəyə marağını artırmaqdır. Hal-hazırda “Netflix”in 300 milyondan çox abunəçisi var və bu əməkdaşlıqla daha çox insan böyük kosmik hadisələrin canlı şahidi ola biləcək.

Sərvanə Rəmixanova

Chosen
38
10
valyuta.az

10Sources