Bu gün Yekaterinburq Leninski Rayon Məhkəməsi saxlanılan Bəkir Səfərov və Şahin Lalayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə baxacaq.
XəzərNews.az Unikal-a istinadən xəbər verir ki, onlara dəstək vermək üçün onlarla həmyerlimiz məhkəməyə gəlib. Onların arasında diaspor üzvləri və hüquqşünaslar da var.
"Burada dəstək qrupu da var. Aralarında diplomatlar da daxil olmaqla 20-30 nəfər var. Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də gəlib. Yəqin ki, daha çox vətəndaş gələcək", - məlumatda qeyd olunub.
Bu səbəbdən təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, iyunun 27-də təhlükəsizlik qüvvələri azərbaycanlıları kütləvi şəkildə saxlayıb. Onlardan bəziləri öldürülüb, Ayaz, Akif və Məzahir Səfərovlar isə həbs edilib.
Məlumata görə, məhkəmə prosesi qapalı şəkildə keçiriləcək.
Xəbər 5 dəfə oxunub.