EN

Rəhman Mustafayev Rusiya XİN-i tərk edib

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edib.

Xezerxeber.az xəbər verir ki, səfir Rəhman Mustafayev təxmini bir saat sonra XİN-in binasından ayrılıb.

10:48

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Xezerxeber.az bu barədə TASS-a istinadla xəbər verir.

Bildirilir ki, səfir Smolensk meydanındakı nazirlik binasına gedib və jurnalistlərə heç bir açıqlama vermədən içəri keçib.

Qeyd edək ki, bir gün əvvəl Rusiya XİN-dən bildirilib ki, Mustafayev Bakının qeyri-dost hərəkətləri və Rusiya jurnalistlərinin qanunsuz saxlanılması ilə əlaqədar çağırılıb.

Chosen
9
39
xezerxeber.az

10Sources