EN

Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının öldürdüyü azərbaycanlı qardaşlar - Ziyəddin və Hüseyn Səfərovların meyitləri xüsusi ekspertiza ilə müayinə olunub. 

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov bu gün keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, gecə yarısı meyitlərin müayinəsi başa çatıb: "Biz meyitləri müayinə etməmişdən əvvəl ölüm haqqında tibbi şahadətnamələrinə baxmışıq. Hüseyn Səfərovun ölüm haqqında şəhadətnaməsində travma nəticəsində öldüyü qeyd olunub. Zirəddin Səfərovun isə ürək tutmasından öldüyü yazılmışdı.

Chosen
27
8
news24.az

10Sources