EN

“Cənubi Afrikadakı evinə dönmək məcburiyyətində qalacaqdı...” Tramp Maskı tənqid etdi

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp bir vaxtlar seçki kampaniyasında böyük dəstək verdiyi milyarder iş adamı İlon Maska qarşı sərt açıqlamalarını davam etdirir. 

Tramp Maskın tarixdəki bütün insanlardan daha çox dövlət dəstəyi aldığını bildirərək onu tənqid edib.

“Əgər bu dəstəklər olmasaydı İlon yəqin ki, dükanını bağlayıb Cənubi Afrikadakı evinə dönmək məcburiyyətində qalacaqdı”, – deyə Tramp bildirib.

Tramp daha sonra əlavə edib:“Mask mənim elektrikli avtomobillərlə bağlı məcburiyyətə qarşı olduğumu çoxdan bilirdi. Bu məsələ mənim kampaniyamın əsas hissələrindən biri olub. Elektrikli avtomobillər yaxşıdır, amma heç kim buna məcbur edilməməlidir”.

Qeyd edək ki, amerikalı iş adamı da Trampı və onun dəstəklədiyi vergi qanununu sərt şəkildə tənqid edib. 

“Amerika tarixində borcun ən çox artmasına dəstək verən hər bir Konqres üzvü başını utanc içində aşağı salmalıdır. Əgər həyatda etdiyim son şey olsa belə, bu şəxslərin gələn il keçiriləcək ilkin seçkilərdə uduzmasını təmin edəcəyəm” – deyə bildirib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
21
azpolitika.info

10Sources