EN

İrəvanın Bakıya qarşı yeni taktikası DETALLAR

Tribuna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı müzakirələrə hələ mart ayında yekun vurulub.

Tribunainfo.az xəbər verir ki, rəsmi Bakı sənədin imzalanması üçün İrəvana iki vacib şərt irəli sürüb.

Onlardan biri Minsk Qrupunun ləğv edilməsi, digəri isə konstitusiyada dəyişiklikdən ibarətdir. Dünən Ermənistanın XİN başçısı Ararat Mirzoyan açıqlamasında deyib ki, ATƏT-in Minsk Qrupunun ləğvi məsələsində Azərbaycanla anlaşa bilərlər. O qeyd edib ki, bunun üçün Azərbaycan sülh sazişinə imza atmalıdır. “İmza atılan gün Minsk Qrupundan çıxmağımmızla bağlı işlərə başlaya bilərik”.

Nazir həmçinin konstitusiya məsələsinə də toxunub. O deyib ki, bu, Ermənistanın daxili gündəmidir və həmin məsələ üzərində çalışırlar.

Amma buna paralel olaraq, Ermənistan Azərbaycana təzyiq etmək üçün başqa bir yol da tapıb. Məsələ belədir ki, Ermənistan parlamentində təmsil olunan müxalifətçi deputatlar belə beynəlxalq tribunalardan bu yöndə addım atmağa başlayıb, Tribunainfo.az xəbər verir ki,  vaxtıyla Azərbaycanla sülh müqaviləsinin əleyhinə olan və bunu “kapituliyasiya” adlandıran deputat Lilit Minasyan Portuqaliyada ATƏT-in toplantıəsında 180 dərəcə mövqe dəyişikliyi edib. O çıxışı zamanl deyib ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları yekunlaşıb və İrəvan onu hər zaman imzalamağa hazırdır. “Bu, təkcə siyasi inkişaf deyil, bu, dönüş nöqtəsidir”.

Minasiyan daha sonra vurğulayıb ki, Qafqaz regionu uzun illərdir ki, münaqişə və qarşıdurma meydanı olub. “Bu gün bizim həmin imicini dəyişmək və göstərmək imkanımız var”.

Erməni deputat həmçinin sülhün mümkün olduğunu, lakin bunun üçün siyasi iradə və qarşılıqlı anlaşmanın vacib olduğunu da bildirib. “Biz beynəlxalq ictimaiyyəti Ermənistan və Azərbaycanı sazişin imzalanması mərhələsinə ən qısa zamanda keçmək üçün fəal şəkildə təşviq etməyə və dəstəkləməyə çağırırıq”.

Ermənistanın belə bir yol tutması gözlənilən idi. Onlar adi qayddada Azərbaycanla 17 bəndlik sülh sazişinin imzalanacağına böyük ümid bəsləyirdilər. O sülh müqaviləsini ki, ondan kənarda olan, lakin Azərbaycan üçün gələcəkdə təhdid yaradacaq halların aradan qaldırılmaması şərti ilə rerallaşmasında maraqlıddırlar. Bunun bir sıra istiqamətlərdə reallaşması üçün edilən cəhdlərin fayda vermədiyini görddüklərindən, prosesə Qərb siyasi dairələrini cəlb etməyi qərara alıblar. Məqsədləri isə odur ki, Avropa ölkələri Azərbaycana təzyiq edərək, indiki şərtlərlə Bakını sülh müqaviləsini imzalamağa məcbur etsinlər.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
50
tribunainfo.az

10Sources