EN

Azərbaycan qızıl ixracından 121 milyon dollar gəlir əldə edib

Bu ilin yanvar–may aylarında Azərbaycan 121,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilib.

2024-cü ilin eyni dövründə ölkənin qızıl ixracından əldə etdiyi gəlir 45,3 milyon dollar təşkil edib. Beləliklə, bir il ərzində ixrac gəlirləri 2,7 dəfə artıb. 

Təkcə may ayında 25,9 milyon dollar dəyərində qızıl ixrac olunub. Bu, ötən ilin mayında qeydə alınmış 13,9 milyon dollardan 86 % çoxdur.

Mayya Hüseynova 

Chosen
31
41
valyuta.az

10Sources