EN

NATO narahatdər: Ruslar Odessanı tutuib cəbhəni yara bilər

Ukraynanın Haaqadakı NATO sammitində uğurlu iştirakına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki vəziyyəti getdikcə pisləşir və payıza qədər kritik ola bilər.

Herbiand.az xəbər verri ki, bu barədə “Financial Times” (FT) qəzetinin beynəlxalq əlaqələr şöbəsinin şərhçisi Gideon Raçman yazır. Onun sözlərinə görə, Rusiya və Ukrayna orduları tükənməyə yaxındır. “Ancaq Rusiya yəqin ki, əməliyyatların intensivliyini daha bir il saxlaya bilsə də, Ukrayna əhəmiyyətli hərbi dəstək almasa, müharibə altı ay ərzində qırılma nöqtəsinə çata bilər”.

Kiyevin Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinə, eləcə də HIMARS MLRS üçün raketlərə ciddi ehtiyacı var. Silahların olmaması Ukrayna hərbçilərinin əhval-ruhiyyəsinə də təsir edir.

Raçman vurğulayır ki, Vladimir Zelenski Haaqada Donald Trampla görüşdə Ağ Ev rəhbərindən yeni təchizatla bağlı konkret vədlər ala bilməyib.

FT köşə yazarının fikrincə, Ukrayna rəsmiləri Qərb müttəfiqləri ilə qapalı görüşlərdə getdikcə daha çox atəşkəsə çağırırlar: “Bir-iki il bundan əvvəl belə çağırışlar məğlubiyyət kimi qiymətləndirilə bilərdi”.

Lakin Tramp administrasiyasından fərqli olaraq, Avropada çox az adam Moskvanın atəşkəsə razılaşacağına inanır.

Raçman yüksək vəzifəli məmurlara istinadən yazır ki, əsas narahatlıq doğuran məqam Rusiya prezidenti Vladimir Putinin tarixən Rusiya şəhəri hesab etdiyi Odessanı ələ keçirmək istəyidir.

Chosen
16
50
herbiand.az

10Sources