EN

Sürünü qorumaq gətirilən çoban iti sahibini tanımayaraq xəsarət yetirdi...VİDEO

İt sahibinə hücum edib, dişləyərək damarlarını zədələyib,sümüyünü də sındırıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Qax rayonu Çüdüllü kənd ərazisində yerləşən fermada qeydə alınıb. Çoban iti kənd sakini 64 yaşlı Fəxrəddin Hətəmova hücum edib.

Onun oğlu bildirir ki, sürünü qorumaq üçün yeni gətirdikləri it kişini tanımayıb və onu dişləyərək ağır xəsarət yetirib.

Həmin vaxt fermanın qarşısından keçən Məhəmməd Hümbətov dərhal həmkəndlisini itin hücumundan xilas etməyə çalışıb. Bu zaman onun özünü də it dişləyib. Xəstəxanadan bildirilib ki, it sahibi  64 yaşlı Fəxrəddin Hətəmovun sümüklərini sındırıb.

Sol qolun dişlənmiş, cırılmış yarası təyin edilən 36 yaşlı şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. 

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Chosen
15
2
xezerxeber.az

3Sources