EN

"Milan" təcrübəli müdafiəçi ilə yollarını ayırıb

"Milan" italiyalı müdafiəçi Alessandro Florenzi ilə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə “rossoneri”nin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu son 4 ilini "Milan"da keçirib. Ümumilikdə o, 77 matçda iştirak edib, 4 qol vurub. O, komanda ilə birlikdə İtaliya çempionluğunu və İtaliya Superkubokunu qazanıb. Ötən mövsüm Florenzi "Milan"ın heyətində cəmi bir matçda meydana çıxıb. Karyerasının əvvəlində “Roma”, “Valensiya”, PSJ-də olub. Romalı futbolçu İtaliya millisində 49 oyuna çıxıb. Həmçinin, ötən mövsümün sonunda “Milan” avrokuboklara düşə bilməyib.

Chosen
19
90deqiqe.az

1Sources