Sumqayıtda “Daewoo Nexia” markalı minik avtomobili alovlanaraq yanıb.
Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın qısa müddət ərzində söndürülüb, alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Son Yazılar:
- Sumqayıtda “Daewoo” avtomobili təmirdən sonra YANDI
- Baş verənlər Rusiyanın ksenofob imperiya olduğunun növbəti sübutudur
- “Zirə”nin futbolçusunu böyük cərimə GÖZLƏYİR
Avtomobil sahibinin verdiyi məlumata görə, o, nəqliyyat vasitəsini hadisədən təxminən yarım saat əvvəl elektrik ustasının yanına aparıb. Daha sonra isə avtomobildə yanğın baş verib.
Hadisənin səbəbləri araşdırılır.