Əfsanəvi skeytbordçu Toni Hokun 1999-cu ildə “X Games” yarışlarında tarixə düşən məşhur “900 dərəcəlik dönüş” (900-degree spin) fəndini yerinə yetirdiyi orijinal skeytbord satışa çıxarılır.
Valyuta.az xəbər verir ki, hərrac 2025-ci ilin sentyabr ayında ABŞ-ın Kaliforniya ştatında yerləşən “Julien’s Auctions” tərəfindən təşkil ediləcək.
Satışa çıxarılan model – “Birdhouse Falcon 2” – Toni Hokun şəxsi kolleksiyasına daxil olan, peşəkar yarışlarda istifadə olunmuş nadir əşyadır.
Ekspertlər hərracda skeytbordun 500 000–700 000 dollar (təxminən 850 000–1 190 000 manat) arası qiymətə alıcı tapa biləcəyini proqnozlaşdırırlar. Əgər bu proqnoz özünü doğruldarsa, sözügedən satış skeytbord idmanına aid əşyalar arasında rekord məbləğlə yadda qala bilər.
Skeytbordun satışından əldə olunacaq vəsaitin bir hissəsinin gənclər üçün idman və yaradıcılıq təşəbbüslərinə yönəldilməsi nəzərdə tutulur. Bu baxımdan hərrac həm investisiya, həm də sosial məqsəd daşıyır.
Mayya Hüseynova