EN

"Sabah"ın rəqibi qapıçı transfer etdi

BAKI. 30 iyun. TELEQRAF

"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniya "Tsele"si yeni qapıçı transfer edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Jan-Lük Lebanla 2 illik müqavilə bağlanılıb.

22 yaşlı qolkiperin son klubu İngiltərə "Everton"u olub.

5 yaşında ikən ailəsi ilə birlikdə Polşaya köçən Leban Sloveniyanın U-16, U-17 və U-21 yığmalarında forma geyinib. "Tsele" onun karyerasında ilk Sloveniya klubu olacaq.

Qeyd edək ki, "Sabah" "Tsele" ilə ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək.

Chosen
37
37
teleqraf.com

10Sources