Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi təyyarə ilə Vətənə yola salınıb.
Far.Az xəbər verir ki, bu barədə report-un Rusiya bürosu məlumat yayıb.
Təyyarənin Bakı vaxtı ilə saat 20:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enməsi gözlənilir.
*** 14:12
Yekaterinburqda iyunun 27-də OMON-un hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib.
Far.Az xəbər verir ki, bu barədə report-un Rusiya bürosu bildirib.
Onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.
Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.