EN

Kadırovun oğlu toyunda 30 milyon dollara yaxın saat taxdı KİV

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

Ötən həftəsonu Çeçenistan lideri Ramzan Kadırovun oğlu 17 yaşlı Adam Kadırovun təntənəli toy mərasimi keçirilib.

Yeniavaz.com “Lenta.ru”ya istinadla xəbər verir ki, o, mərasimdə bahalı bir saatla şəkil çəkdirib.

Onun qolunda “Jacob & Co.” şirkətinin istehsal etdiyi eksklüziv “Billionaire Ashoka” saatı olub.

320 almazla bəzədilən bu saatın qiymətinin təxminən 27,7 milyon dollar olduğu bildirilir.

Adam Kadırov həmçinin məhdud sayda buraxılan yaşıl rəngli “Mercedes-Benz G-Class Stronger Than The 1980s” avtomobilini idarə edib. Seriyaya cəmi 460 avtomobil daxildir və rəsmi olaraq Rusiyaya tədarük edilməyib. Ekspertlərinin fikrincə, bu modelin avtomobillərinin təxmini sayı hazərda 150 ədədə yaxındır. Avtomobil Almaniyada 16 aprel 2025-ci ildə 190 min dollar başlanğıc qiyməti ilə təqdim olunub.

Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırovun ailə qurması mətbuata iyunun 27-də məlum olub. Toy qapalı keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
yeniavaz.com

2Sources