EN

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olundu

BAKI, 30 iyun. TELEQRAF

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, imzalanan müvafiq sərəncamla bu vəzifəyə Fərid Əsgərov təyinat alıb.

O, bu təyinata qədər Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Digər sərəncamla F.Əsgərova general-mayor ali hərbi rütbəsi verilib.

F.Əsgərov uzun müddətdir Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubov təqaüdə göndərilib. O, yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub. B.Əyyubov 1993-cü ildən bu vəzifədə çalışırdı.

Chosen
75
50
teleqraf.com

10Sources