EN

DYP-dən hərəkət iştirakçılarına ÇAĞIRIŞ

Bakı. Trend:

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq ölkə yollarındanəqliyyat axınının artması, xüsusilə istirahət və turistiksəfərlərin intensivləşməsi, hər bir yol hərəkəti iştirakçısındandaha diqqətli davranmağı və yol hərəkəti qaydalarına ciddi riayətetməyi zəruri edir.

Trendxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi hərəkətiştirakçılarına tövsiyyələr verib.

Bildirilib ki, bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsi hərəkətiştirakçılarını aşağıdakı tövsiyələrə ciddi əməl etməyəçağırır:

"Səfər öncəsi nəqliyyat vasitəsinin texniki vəziyyətiniyoxlayın. İsti yay günlərində havanın yüksək temperaturu sürücününhəm fiziki, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərərəkyuxululuq və diqqətsizlik hallarına səbəb ola bilər. Bu səbəbdənkondisioner sistemi olmayan avtomobillərlə uzaq məsafələrə səfəretmək tövsiyə edilmir. Kondisioner sistemi olan və lazımiavadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri ilə isə gününsərin saatlarında yola çıxmaq və 2 saatdan bir qısa fasilə verməkməqsədəuyğundur. Unutmayın: Yuxusuz və yorğun halda sükan arxasınakeçmək Sizin və digər yol hərəkəti iştirakçılarının həyatı üçüntəhlükəlidir.

Sürət həddinə riayət edin. Yüksək temperatur şəraitindətəkərlərin hava təzyiqində baş vermiş dəyişiklik yol tutumunuazalda bilər. Nəticədə yüksək sürətlə hərəkət zamanı qəza riskixeyli artır. Sürət rejiminə yalnız radarların müşahidə etdiyiərazilərdə deyil, yolun bütün hissəsində əməl olunmasıtəhlükəsizliyiniz üçün mütləqdir. Unutmayın: Sürət yolu deyil,həyatı qısaldır.

İcarəyə götürülmüş avtomobil və sürücülərlə bağlı diqqətli olun.İstirahət və ya turistik məqsədlə bölgələrə səfər edən bəzivətəndaşlar, o cümlədən əcnəbi turistlər avtomobil icarəsixidmətlərindən istifadə edirlər. Lakin həmin nəqliyyatvasitələrinin texniki vəziyyəti və onları idarə edən sürücülərinpeşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensialtəhlükə yaradır. İcarəyə götürülmüş avtomobilin texnikigöstəricilərinə və sürücünün təcrübəsinə əmin olmaq vacibdir.Unutmayın: Nəzarətsiz və qeyri-rəsmi daşıma xidmətləri həmsərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarınıntəhlükəsizliyi üçün ciddi risk daşıyır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkətiştirakçılarını diqqətli olmağa, qaydalara əməl etməyə və hərəkətintəhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır".

Məqalədə:
Chosen
26
5
az.trend.az

7Sources