EN

Abşeronda soyğunçuluq edən şəxs saxlandı


Abşeron rayonunda soyğunçuluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində soyğunçuluq hadisəsi baş verib.

Belə ki, naməlum şəxs zərərçəkənin mobil telefonunu zor tətbiq edərək talayıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Xaçmaz rayon sakini F.Müseyibov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

NAMİQ

Chosen
26
3
baki-xeber.com

5Sources