EN

Beynəlxalq Hesablaşmalar Bankının toplantısında qlobal maliyyə sabitliyi və əməkdaşlıq imkanları müzakirə olundu

BAKI, 30 iyun. TELEQRAF

Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Beynəlxalq Hesablaşmalar Bankının (BIS) Bazel şəhərində keçirilən 95-ci illik toplantısında ilk dəfə iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə AMB sədri "X" sosial şəbəkəsində paylaşım edib.

"Toplantı çərçivəsində qlobal maliyyə sabitliyi, innovasiya və rəqəmsal təhlükəsizlik, eləcə də monetar siyasətə dair aktual məsələlər müzakirə olundu və bu mövzularda dəyərli fikir mübadiləsi aparıldı.Tədbir zamanı bir sıra mərkəzi bank rəhbərləri ilə ikitərəfli görüşlər keçirdik. Bu görüşlərdə mərkəzi banklar arasında potensial əməkdaşlıq imkanları və regional iqtisadi trendlər müzakirə edildi. Qarşılıqlı anlayış və təcrübə mübadiləsi maliyyə sistemimizin dayanıqlı inkişafına mühüm töhfə verir."-deyə paylaşımda qeyd olunub

Chosen
16
2
teleqraf.com

3Sources