EN

Tramp: İranla danışmıram, onlara heç nə təklif etmirəm

ABŞ Prezidenti Donald Tramp, İranın nüvə obyektlərinə edilən hücumlar və mümkün danışıqlarla bağlı açıqlama verib. 
Sherg.az xəbər verir ki, Tramp  "Truth Social" platformasında paylaşım edərək bildirib ki, “İranın nüvə proqramına dəymiş ziyanın miqyasını müəyyən etmək üçün hələ tezdir” deyən Demokrat senator Chris Coons yanılır.

Tramp mesajında qeyd edib: 

“Sahtekar Demokrat Chris Coonsa deyin ki, (vaxtı çoxdan bitmiş) o axmaq razılaşma – Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində Obama İranla danışıqlara milyardlarla dollar xərcləmişdi. Mən isə İranla heç nə danışmamışam, onlara heç nə təklif etməmişəm. Nüvə obyektlərini TAMAMİLƏ YOX ETDİKDƏN sonra onlarla danışmamışam belə”.

Xatırlatma: ABŞ və digər dünya gücləri ilə İran arasında 2015-ci ildə imzalanan nüvə razılaşmasından Tramp administrasiyası 8 may 2018-ci ildə çıxmışdı. Onun ardınca prezident seçilən Co Bayden isə bu sazişə yenidən qayıtma ehtimalını gündəmə gətirmişdi.
Chosen
58
50
sherg.az

10Sources