2017/18 mövsümündə də "Kappa"nın dizayn etdiyi idman dəstlərini geyinən "Neftçi" keçmiş brendinə qayıdıb. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" ilə İtaliyanın məşhur brendi “Kappa” idman geyim malları şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb. Anlaşmanın müddəti 2 ildir. Razılaşmaya əsasən, “Kappa” “Neftçi”nin əsas komandası üçün 3 eksklüziv dizaynlı oyun forması, həmçinin məşq və nümayiş dəstləri hazırlayacaq.

Bundan əlavə, əsas, əvəzedici, qadın və akademiya komandaları “Kappa” istehsalı olan geyim dəstləri ilə təchiz ediləcək. Tezliklə klubun “Neftçi Arena”dakı fan mağazasında bu geyim dəstlərinin azarkeşlər üçün fiziki və onlayn satışı da təşkil olunacaq.

Qeyd edək ki, "Neftçi"nin əvvəlki geyim sponsoru "Errea" idi.