BAKI, 24 iyun. TELEQRAF
KOB-ların ISO standartlarına uyğun fəaliyyətinin təşviqi, bu sahədə institusional dəstəyin gücləndirilməsi və KOB-ların beynəlxalq keyfiyyət standartlarına inteqrasiyasına dəstək üçün yeni əməkdaşlıq çərçivəsi formalaşdırılıb.
Bu barədə Teleqraf-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, bu məqsədlə KOBİA və “Sage Solutions” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və şirkətin direktoru Fikrət Məmmədov imzalayıblar.
Memorandum sahibkarlıq subyektləri üçün güzəştli şərtlər əsasında ISO standartları üzrə sertifikatlaşdırma ilə bağlı məsləhət xidmətləri, sertifikatlaşdırma auditinin təşkili və sözügedən standartların tələblərinə uyğunluğun təmin edilməsində birgə fəaliyyətin təşkilini nəzərdə tutur.