Bakı. Trend:
NATO sammiti ərəfəsində rəsmi Paris və Kiyev Ukraynaya əlavə“Mirage 2000-5F” qırıcılarının göndərilməsini və dronzərərsizləşdirmə texnologiyalarının birgə istehsalını müzakirəediblər.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Mirage 2000” qırıcıları Ukraynaya çatdırıldıqdansonra onlardan Rusiyanın qanadlı raketlərinin və PUA-larınınzərərsizləşdirilməsində istifadə olunub.
“Mirage 2000-5F” qırıcılarının dəqiq sayı açıqlanmasa da,Parisin Kiyevə 12-dən 20-yə qədər belə qırıcı verdiyi ehtimaledilir.
“Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidentiVolodimir Zelenski arasında aparılmış son müzakirələrdən sonra busayın artırıla biləcəyi gözlənilir”, – məlumatda qeyd olunur.