EN

Polisin keçirdiyi əməliyyatlar zamanı 44 kiloqramdan artıq narkotik vasitə götürülüb

Bakı, 30 iyun, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 28-də və 29-da ümumi çəkisi 44,4 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 10,5 tondan artıq çəkidə 26 min 23 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdiriliyi bildirilib.

Chosen
11
5
azertag.az

10Sources