EN

AZSTAND tərəfindən “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindənAzərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatınınbazasında “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi”standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 52 ) təsisedilib.

TrendAZSTAND-a istinadən xəbər verir ki, Texniki komitənin əsas məqsədifəaliyyət istiqamətləri üzrə vahid texniki yanaşmanınformalaşdırılması, milli informasiya infrastrukturunun inkişafı,nəşriyyatlar, kitabxanalar, arxivlər, muzeylər, indeksləşdirmə,sənəd mühafizəsi, rəqəmsal informasiya sistemləri və digər əlaqəlisahələrdə xidmət və məhsulların keyfiyyətinin artırılması, eləcə dəbeynəlxalq tələblərə uyğunlaşdırılmasına istiqamətlənmiş dövlətstandartlarının hazırlanmasıdır. Belə standartlar gələcəkdə elmiinformasiya və sənədləşdirmə sahələrində vahid terminoloji bazanınyaradəlmasına və tətbiqinə imkan verəcək.

Qeyd edək ki, AZSTAND/TK 52-nin tərkibinə nəşriyyat və mətbuat,ali təhsil müəssisələri, o cümlədən elmi-təqdiqat institutlarınınnümayəndələri daxil edilib.

Chosen
43
13
az.trend.az

10Sources