EN

Azərbaycanlı aparıcı ABŞ-də qəzaya düşdü – FOTO

Amerikada yaşayan azərbaycanlı aparıcı Günel Musəvinin başına iş gəlib.

O, bu barədə sosial şəbəkə hesabından məlumat verib.

“Americano” yutub layihəsində qonaq olan və ABŞ-dəki həyatını nümayiş etdirən aparıcıya “göz dəyib”.

İzləyicilərindən birinin “Həyatından razıdır. Azərbaycanda 8 milyon xoşbəxt olmayan insanın gözü dəyməz, inşallah” rəyinə cavab verən Günel maşınının qəzaya düşmüş görüntüsünü yayımlayıb və “Göz dəydi” şərhini yazıb.


Chosen
13
50
news24.az

10Sources