Azərbaycan boksçusu Elbrus Adıgözəlov Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.
Bu barədə Moderator.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 60 kq-da çıxış edən boksçu ikinci yeri tutub.
Qeyd edək ki, turnirdə 10 ölkənin təmsilçiləri mübarizə aparıblar.