EN

Dünyanın ən yaxşı "25-liy"i - Yamal liderdir, Messi yoxdur - SİYAHI

BAKI, 30 iyun. TELEQRAF

Dünyanın ən yaxşı 25 futbolçusunun adları müəyyənləşib.

Teleqraf “Give Me Sport”a istinadən xəbər verir ki, siyahının birinci pilləsində İspaniya təmsilçisi “Barselona”nın vingeri Lamin Yamal qərarlaşıb.

ABŞ-nin "İnter Mayami" klubunun ulduzu Lionel Messi isə ilk "onluğ"a düşə bilməyib.

İkinci yeri Fransanın PSJ klubunun oyunçusu Usman Dembele, üçüncü yeri isə “Liverpul”un üzvü olan Məhəmməd Salah tutur.

Siyası belədir:

  1. Lamin Yamal “Barselona”)
  2. Usman Dembele (PSJ)
  3. Məhəmməd Salah (“Liverpul”)
  4. Kilian Mbappe (“Real Madrid”)
  5. Rafinya (“Barselona”)
  6. Harri Keyn (“Bavariya”)
  7. Robert Levandovski (“Barselona”)
  8. Vinisiyus (“Real Madrid”)
  9. Pedri (“Barselona”)
  10. Cud Bellingem (“Real”)
  11. Lionel Messi (“İnter Mayami”)
  12. Vircil van Deyk (“Liverpul”)
  13. Vitinya (PSJ)
  14. Erlin Holann (“Mançester Siti”)
  15. Rodri (“Mançester Siti”)
  16. Dezire Due (PSJ)
  17. Joao Neves (PSJ)
  18. Deklan Rays (“Arsenal”)
  19. Florian Virts (“Liverpul”)
  20. Bukayo Saka (“Arsenal”)
  21. Camal Musiala (“Bavariya”)
  22. Alisson (“Liverpul”)
  23. Nunu Mendeş (PSJ)
  24. Xviça Kvaratsxeliya (PSJ)
  25. Lautaro Martines (“İnter”).

Qeyd edək kİ, ötən mövsüm Yamal klub səviyyəsində bütün turnirlərdə 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.

Chosen
10
50
teleqraf.com

10Sources