EN

“FSB” Ukraynaya qarşı miqrant ordusu qurur?..- Ələ keçirilmiş kamerunluların şok etirafları…-VİDEO

“FSB” Ukraynaya qarşı miqrant ordusu qurur?..- Ələ keçirilmiş kamerunluların şok etirafları…
 
 
Ukraynanın 20-ci əlahiddə pilotsuz sistemlər polku -"K-2" tərəfindən  Kamerun vətəndaşları olan iki muzdlu döyüşçü Donbas cəbhəsində əsir götürülüb.
 
Moderator.az bu haqda “TSN”-ə istinadla xəbər verir.
 
Əsir götürülmə əməliyyatı “K-2” batalyonu, 118-ci ərazi müdafiə briqadası və 54-cü mexanikləşdirilmiş briqadanın iki digər bölməsi tərəfindən birgə həyata keçirilib.
 
Kamerun vətəndaşları — Metugen Una-na Jan Pafe və Anatol Frank — ifadələrində bildiriblər ki, onlar Rusiyaya şampun istehsalı və diş müalicəsi üçün gəldiklərini düşünürdülər. Lakin Moskvaya çatdıqdan sonra bütün sənədləri və şəxsi əşyaları əlindən alınıb, hərbi geyimlə təmin olunublar və müqavilə imzalamağa məcbur ediliblər.
 
“Bu videoda gördüyünüz qəhrəmanlar — Metugen və Anatol — başa düşürdülər ki, onlara 'batraq' (palçıqlı) formanı tərəvəz əkini üçün geyindirmirlər. Amma hər ikisi müqavilə imzalayıb. Onlara 1 milyon 100 min rubl vəd olunmuşdu. Bu, Rusiya vətəndaşlarına vəd olunan məbləğdən azdır, lakin Kamerun üçün kifayət qədər böyük puldur”, – deyə "K-2" batalyonu bildirib.
 
Ukrayna hərbçilərinin sözlərinə görə, Kamerunlu əsirlərdən birini evakuasiya etmək cəhdləri zamanı Rusiya PUA-sı hücum edərək, iki ukraynalı və bir kamerunlunu yaralayıb.
 
Əlavə faktlar və digər muzdlu döyüşçülər
 
Ukraynalı döyüşçülər əlavə ediblər ki, Seversk istiqamətində daha bir muzdlu – Yəmən vətəndaşı – əsir götürülüb. Kamerunluların ifadələrinə əsasən, Rusiyanın tərkibində döyüşən muzdlu döyüşçülər arasında Zimbabve, Banqladeş və Çin vətəndaşları da var.
 
Əsirlərdən biri bildirib:
 
“Rusiyanın etdiyi şey beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Mən buna görə məsuliyyət daşımağa hazıram, çünki dünyadakı gənclərə bu yalanları ifşa etmək istəyirəm.”
 
Gəlmə tarixləri və təlim marşrutu...
 
Metugen Una-na Jan Pafe: Mart 2024-cü ildə Moskvaya gəlib.
 
Anatol Frank: Avqust 2024-cü ildə Moskvaya gəlib.
 
Metugenin dediyinə görə, Moskvaya çatandan sonra sənədləri əlindən alınıb, iki həftəlik ilkin təlim keçib, sonra Rostova, oradan isə Luqanska göndərilib. Luqanskda bir ay qaldıqdan sonra, bir illik hərbi müqavilə imzalamasına məcbur edilib. Ödəniş olaraq vəd edilən məbləğ 1 milyon 100 min rubl (təxminən 7 milyon CFA frankı, yəni Kamerun valyutası ilə ciddi məbləğ) olub.
 
Anatol Frank isə bildirib:
 
“Mən dəfələrlə bildirdim ki, orduya qoşulmaq istəmirəm, evə qayıtmaq istəyirəm. Allaha and olsun, bu mənim tək istəyim idi. Amma onlar israrla məni razı salmağa çalışdılar. Rus dilini anlamadığımı və məqsədi başa düşmədiyimi dedim. Nəhayət, məni məcbur edərək müqaviləyə imza atdırdılar.”
 

 

 
Chosen
32
33
moderator.az

10Sources