EN

Makrondan Pezeşkiana çağırış

Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. SİAxəbər verir ki, bu barədə Makron X-də paylaşım edib. Telefon danışığı zamanı Makron Tehranı ballistik və nüvə məsələlərini həll etmək üçün danışıqlar masasına qayıtmağa və MAQATE-nin İrandakı işini bərpa etməyə çağırıb. Makron həmçinin Tehranı İsraillə atəşkəsə hörmətlə yanaşmağa və regionda sülhün bərpasına kömək etməyə çağırıb. O, Fransa vətəndaşları Sesi Kohler və Jak Parisin azadlığa buraxılmasına və Fransa vətəndaşlarının və İrandakı obyektlərinin qorunmasına çağırdığını bildirib.

Chosen
10
5
sia.az

7Sources