EN

Tovuzda piydanı vuran şəxs hadisə yerindən qaçdı

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

İlkin məlumata görə, yolu keçmək istəyən orta yaşlı kişini naməlum avtimobil vurub.

Sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı ətrafdakı insanların yardımı ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb

Chosen
37
18
teleqraf.com

10Sources