EN

“Beşiktaş”dan ilk transfer

Yeni mövsüm üçün transfer fəaliyyətinə başlayan “Beşiktaş” ilk transferini reallaşdırıb.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi “Benfika”da çıxış edən David Jurasek ilə anlaşıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

“Ağ-qaralar" çexiyalı sol cinah müdafiəçisini birdəfəlik almaq şərti ilə bir illik icarə əsasında heyətinə qatıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Hoffenhaym"da çıxış edib. O, Bundesliqa klubunun heyətində 22 matçda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
21
18
90deqiqe.az

5Sources