EN

Pakistanda musson yağışları nəticəsində 45 nəfər ÖLDÜ

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları və bununla bağlı insidentlər nəticəsində azı 45 nəfər həlak olub.

Viral.az-ın məlumatına görə, bu barədə “Geo TV” xəbər yayıb.

Məlumata görə, ən çox qurbanlar – 21 nəfər Xeyber-Paxtunxva əyalətində qeydə alınıb. Sind, Bəlucistan və Pəncab əyalətlərindən də ölüm xəbərləri gəlib.

Son Yazılar:

Telekanalın məlumatına görə, güclü yağış və mümkün daşqın riski şənbə gününə qədər davam edəcək. Qeyd edilir ki, qasırğalar və tufan bir sıra tikililərə, elektrik xətlərinə, reklam lövhələrinə, nəqliyyat vasitələrinə və günəş panellərinə ziyan vura bilər. Dağlıq ərazilərdə baş verən torpaq sürüşməsi müvəqqəti olaraq yol əlaqəsini poza bilər.

Chosen
12
35
viral.az

10Sources