Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Çelsi" Joao Pedro Jezusun transferi ilə bağlı razılığa gəlib.
Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, London klubu "Brayton"la 23 yaşlı braziliyalı hücumçunun transferi üçün 50 milyon funt sterlinqdən çox məbləğə razılaşıb. Futbolçu ilə 7 illik müqavilə üzrə də razılıq əldə olunub.
Hazırda Joao Pedronun tibbi müayinədən keçməsi məsələsi həll olunur. Lazımi prosedurları başa vurduqdan sonra o, hazırda klublararası dünya çempionatında iştirak edən komandaya qoşulacaq.
Qeyd edək ki, 2024/25-ci il Premyer Liqa mövsümündə Joao Pedro 27 oyun keçirib və 10 qol vuraraq klubun ən yaxşı bombardirləri siyahısında iki komanda yoldaşı ilə birinciliyi bölüşüb.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.