EN

“Qvardiola ilə qarşılaşmaq böyük şərəfdir”

“Əl-Hilal”ın baş məşqçisi Simone İnzaqi klublararası dünya çempionatının 1/8 final mərhələsində “Mançester Siti” ilə qarşılaşmadan öncə Pep Qvardiola haqqında fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, "Marca" italiyalı çalışdırıcının dediklərini belə çatdırıb.

“Onu çox yüksək dəyərləndirirəm. “Siti” ilə qarşılaşmaq və Pepisə görmək xoş olacaq. Məncə, o, dünyanın ən yaxşı məşqçisidir – karyerası bunu təsdiqləyir. Üstəlik, o daim özünü inkişaf etdirməyə çalışır. Bu turnirdə “Siti”nin necə fantastik futbol oynadığını gördüm. Onlarla qarşılaşmaq mənim üçün böyük şərəfdir. Belə oyunlar bizə təcrübə qazandırır, bizi böyüdür. İlk gündən bilirdik ki, ilk 16-ya düşmək asan olmayacaq, amma əlimdə möhtəşəm bir kollektiv var”

Qeyd edək ki, oyun iyulun 1-də baş tutacaq.

Chosen
22
28
90deqiqe.az

10Sources