EN

Rusiya Ukraynanın neft emalı zavodlarına zərbələr endirdi

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi müdafiə obyektlərinə və neft emalı zavodlarına uzaqmənzilli yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endiriblər.Metbuat.az xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

"Rusiya Silahlı Qüvvələri uzun mənzilli yüksək dəqiqlikli silahlar və PUA-lar, o cümlədən "Kinjal" raket kompleksi ilə Ukraynanın hərbi müdafiə obyektlərinə və neft emalı zavodlarına intensiv hücuma keçib. Hücum hədəfə çatıb və təyin olunmuş elementlər vurulub", - deyə məlumatda vurğulanıb.
Chosen
21
3
metbuat.az

10Sources